Dünya neft ehtiyyatları nə vaxttükənəcək?
19 Noyabr 2010 Cümə 05:50
Alternativ enerji mənbələri neftin yerini tutsa da bunun üçün 100 il vaxta ehtiyac var
Neft istehlakı bu sürətlə davam edərsə dünyada olan neft ehtiyyatları 30 ildən sonra tükənəcək. Bu, ABŞ Kaliforniya universiteti akademiklərinin araşdırmaları nəticəsində məlum olub. Qeyd edək ki, araşdırmanın nəticələri “Environmental Science and Technology” (Ətraf Mühit Elm və Texnologiya) adlı internet saytında yayılıb.

Məlumatda bildirilir ki, hər gün dünyada 85.22 milyon baril neft istehlak olunur. Bu sürət 30 il sonra neftin sonunu gətirəcək. Alternativ enerji mənbələrinin neftin yerini tuta biləcəyini deyən mütəxəssislər bunun üçün 100 il vaxta ehtiyac olduğunu deyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar