Dünya iqtisadiyyatı sürətlə dirçəlir
20 Yanvar 2010 Çərşənbə 17:41
Lakin inkişaf etmiş ölkələr ehtiyatı əldən verməməlidir
Dünya iqtisadiyyatının dirçəlməsi gözlənildiyindən daha sürətlə gedir. Belə bir bəyanatla beynəlxalq valyuta fondunun rəhbəri Dominik Stross-Kan Honkonqda keçirilən Asiya Forumunun açılışında çıxış edib. "Qlobal iqtisadiyyat Asiya ölkələrində müsbət tendensiyalar sayəsində artmağa başlayıb” deyən Stross-Kanın sözlərinə görə, artıq Hindistan, Tayland, Çin və İndoneziya böhrandan əvvəlki vəziyyətə yaxınlaşmağa başlayıb.

Lakin Stross-Kan xəbərdarlıq olaraq vurğulayıb ki, inkişaf etmiş ölkələrdə ehtiyatlı olmaq lazımdır, çünki bu canlanma bir çox hallarda sabit olmur.

Eyni zamanda Stross bildirib ki, bir sıra inkişaf etmiş ölkələrdə iqtisadiyyatın yenidən bərpa olunması templəri olduqca ləng gedir. Bu ölkələr üçün ən təhlükəlisi anti-böhran proqramından vaxtından tez imtina etməsi ola bilər. "Əgər yenidən böhran baş verərsə, nə edəcəyimizi bilmirəm",- deyə BVF-in rəhbəri qeyd edib. ANSPRESS





DOSTLARINLA PAYLAŞ:

oyunlar