Dünya bazarında neftin qiyməti 9 faiz artıb. Aprelin 2-də keçirilən hərraclarda Texas markalı neftin qiyməti 4,25 dollar artaraq, 52,64; Brent markalı neftin qiyməti isə 4, 31 dollar bahalaşaraq 52,75 dollara çatıb. Analitiklər qara qızılın qiymətinin artmasını dünya maliyyə böhranından çıxış üçün bir sıra əhəmiyyətli qərarlar qəbul edilən «Böyük 20-liy»in sammiti ilə əlaqələndiriblər.
Neftin qiymətinin artmasına birjalarda olan irəliləyişlər də səbəb olub. /ANS PRESS/