Dünya bazarında neft ucuzlaşır
28 Aprel 2009 Çərşənbə Axşamı 13:15
Azərilayt markalı Azərbaycan nefti dünənki hərraclarda 49 dollar 65 sentə satılıb

Dünya bazarında neft ucuzlaşır. Nyu-York birjasında Texas nefti 49 dollar 28 sent, London birjasında Brent nefti 49 dollar 23 sentə təklif olunur. Azərilayt markalı Azərbaycan nefti isə dünənki hərraclarda 49 dollar 65 sentə satılıb.  Neftin ucuzlaşmasına donuz qripi xəstəliyinin yayılması ilə əlaqədar yanacağa tələbatın azalacağı barədə xəbərlər səbəb olub. Maliyyə bazarlarında 1 avro 1 dollar 30 sentə dəyişdirilir. Dünya bazarında ucuzlaşma qızılda da müşahidə edilib.  İndi qızılın bir unsiyası 898 dollar və ya qramı 23 dollar 27 sentədir. /ANSPRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar