Dünya bazarında neft qiymətlərində cüzi artım olub
06 Noyabr 2010 Şənbə 02:00
Avropa və Amerika birjalarında “qara qızıl” 0,11-0,36 dollar bahalaşıb.
Ötən gün dünya bazarlarında neft cüzi bahalaşıb. Mütəxəssislər bunu ABŞ-ın əmək bazarındakı müsbət məlumatlarla əlaqələndirirlər.
Nyu-York birjasında “Light Sweet Crude Oil” markalı neftin bir barelinin qiyməti 0,36 dollar artıb və 86,85 dollara çatıb.
London birjasında isə “Brent Crude Oil” markalı neft 0,11 dollar bahalaşıb. Bu markadan olan “qara qızıl”ın bir barelinin qiyməti 88,11 dollar təşkil edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: