Həftənin ilk günü dünya bazarında neft 2 faizə qədər bahalaşıb. Nyu-Yorkda «Texas» nefti 46 dollar 36 sentə, London birjasında «Brent» nefti 47 dollara satılıb. Maliyyə bazarlarında sabitlik yaranıb. İndi avro 1 dollar 26 sentə dəyişdirilir. Qızılın unsiyası 936 dollara, qramı isə 30 dollar 19 sentə təklif olunur. /ANS TV/