Dünya bazarında neft 3 faizə yaxın bahalaşıb
19 May 2009 Çərşənbə Axşamı 11:30
Azəri layt markalı Azərbaycan neftinin bir barreli ötən həftənin sonunda keçirilmiş hərraclarda 57 dollar 88 sentə satılıb

Yeni həftənin ilk iş günü dünya bazarında neft 3 faizə yaxın bahalaşıb. Ən son məlumatlara görə, indi Nyu-York əmtəə birjasinda Texas nefti 58 dollar 22 sentə, Londonda isə Brent markalı qara qızıl 57 dollar 85 sentə təklif olunur. Azəri layt markalı Azərbaycan neftinin bir barreli isə ötən həftənin sonunda keçirilmiş hərraclarda 57 dollar 88 sentə satılıb. Maliyyə bazarlarında 1 avro 1 dollar 35 sentə dəyişdirilir. Qızılın unsiyası 925 dollara və yaxud qramı 29 dollar 84 sentədir./ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar