Dünya Bankında Azərbaycan günləri keçiriləcək
28 Fevral 2011 Bazar Ertəsi 11:51
İki gün davam edəcək tədbirdə ölkəmizin nümayəndə heyəti Dünya Bankının və Beynəlxalq Maliyyə Korporasiyasının üzvləri ilə görüşlər keçirəcək
Gələn ayın ortalarında, daha dəqiq desək, martın 15-16-da Dünya Bankı Qrupunun (WBG) ABŞ-ın paytaxtı Vaşinqtondakı mənzil-gərargahında Azərbaycan günləri keçiriləcək. Bu barədə ANS PRESS-ə Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin mətbuat xidmətinin rəhbəri Zaur Rzayev məlumat verib.

Onun sözlərinə görə, iki gün davam edəcək tədbir çərçivəsində Azərbaycanın nümayəndə heyəti Dünya Bankının, həmçinin, WBG-yə daxil olun Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) rəhbərliyi və departament müdirləri ilə görüşlər keçirəcək.

İki gün ərzində Azərbaycan haqqında təqdimatlar keçiriləcək. Ölkə mədəniyyəti, o cümlədən xalçalar ekspozisiyası, musiqi, milli mətbəxt və s. nümayiş olunacaq.

Məlumata görə, sözügedən tədbirdə Azərbaycanı Mərkəzi Bankın sədri Elman Rüstəmov, Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov və digər rəsmi şəxslərin təmsil edəcəkləri gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar