Dünya Bankı Azərbaycana 280 mln dollar vəsait ayıracaq
18 Fevral 2011 Cümə 13:38
DB Azərbaycan üzrə növbəti 4 il üçün strategiya hazırlayıb
Dünya Bankı (DB) növbəti 2 il ərzində Azərbaycana 280 milyon dollar vəsait ayıracaq. Bu barədə bankın Azərbaycan üzrə meneceri Cozef Ouen bildirib.

Onun sözlərinə görə, DB Azərbaycan üzrə növbəti 4 il üçün strategiya hazırlayıb: “İlk 2 il ərzində layihə və sərmayələr şəklində 280 milyon dollar vəsait ayrılacaq. Bununla yanaşı, DB qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası 200 milyon dollar ayıracaq. Biz irriqasiya və müasir kapital bazarının yaradılması kimi layihələr hazırlamışıq. Hazırda isə ali təhsil sahəsində layihə hazırlanır”.

C.Ouen qeyd edib ki, hazırda Azərbaycan üzrə aktiv 18 layihə mövcuddur ki, bunun da ümumi portfeli 2,2 milyard dollardır: “Bunlar nəqliyyat, o cümlədən dəmir yolu, kanalizasiya, ətraf mühitin qorunması, təhsil, ədliyyə kimi sahələri əhatə edir”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar