Dubyda iqtisadi böhran davam edir
11 Fevral 2010 Cümə Axşamı 07:10
“Dubai World” 22 milyard dollarlıq borcunun 6 ay daha təxirə salınmasını istəyəcək
Keçən il iqtisadi böhranın təsirində qalaraq borclarını təxirə salmaq istəyən “Dubai World” şirkəti bu il də həyəcan təbili çalmağa başlayıb. Qeyd edək ki, şirkət ötən ilin dekabr ayında ödəməli olduğu 59 milyard dollarlıq borcunun 5.9 milyardlıq hissəsini 2010-cu ilin may ayında ödəmək üçün möhlət istəmiş, bu tələb dünya fond birjalarında, xüsusilə də İngiltərə səhm bazarında şok təsiri yaratmışdı.

İlin əvvəlində Dubaydan gələn xəbərlər hər şeyin yolunda olduğunu göstərsə də, “Dubai World” növbəti dəfə borclarını təxirə salmaq üçün möhlət istəyəcək. Dubayda nəşr olunan “Əl İttihad” qəzetinin məlumatına görə, “Dubai World” 22 milyard dollarlıq borcunun 6 ay daha təxirə salınmasını istəyəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar