DQİ-nin yerləşdirilməsi üzrə hərrac keçiriləcək
18 Mart 2011 Cümə 11:37
Hərrac martın 29-da Bakı Fond Birjasında baş tutacaq
Bakı Fond Birjasında mart ayının 29-da saat 11:00-dan 12:30-dək Dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçiriləcək. BFB-dan ANS PRESS-ə verilən məlumata görə, DQİ buraxılış parametləri aşağıdakılardır:
Dövlət qeydiyyat №-si - 10301231S
Ümumi həcmi - 4 000 000 АZN
Bir istiqrazın nominal dəyəri - 100 АZN
İstiqrazların tədavül müddəti - 182 gün
Ödəmə tarixi - 27 sentyabr 2011-ci il
Hərrac zamanı, DQİ buraxılışının 20%-dan artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. Hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 40%-dən aşağı olduğu təqdirdə Emitent bu sifarişləri qəbul etməmək hüququna malikdir.
DOSTLARINLA PAYLAŞ: