Dövriyyədə pul kütləsinin həcmi 31% artıb
02 May 2011 Bazar Ertəsi 17:34
Dövriyyədə olan pul kütləsinin həcmi 8 milyard 115,5 milyon manat təşkil edib.
Bu il aprel ayının 1-nə dövriyyədə olan pul kütləsinin həcmi (M2 pul aqreqatı) 8 milyard 115,5 milyon manat təşkil edib. Mərkəzi Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,3% artıb.

2011-ci il aprelin 1-nə olan pul kütləsinin 5 milyard 427,1 milyon manatı nağd pul vəsaitlərinin, 1 milyard 181,4 milyon manatı tələb edilənədək vəsaitlərin, 1 milyard 507 milyon manatı isə müddətli depozitlərin payına düşüb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar