Dövriyyədə olan pul kütləsi artıb
09 Sentyabr 2010 Cümə Axşamı 11:40
Ölkədə olan pul kütləsinin məbləği 6892,0 mln. manat təşkil edib.
Bu ilin avqustun 1-nə Azərbaycanda dövriyyədə olan pul kütləsinin məbləği (M2 pul aqreqatı) 6892,0 milyon manat təşkil edib. İyul ayında bu rəqəm 6629,4 milyon manat olub. Bu isə 172.6 milyon manat, bir ay ərzində 4.2 faiz artım deməkdir.
Mərkəzi Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, pul kütləsinin 4811,4 milyon manatı nağd pul vəsaitlərinin, 945,1 milyon manatı tələb edilənədək vəsaitlərin, 1135,5 milyon manatı isə müddətli depozitlərin payına düşüb.
Xatırladaq ki, ötən iyul ayında isə pul kütləsinin 4587,3 milyon manatı nağd pul vəsaitlərinin, 956,8 mln. manatı tələb edilənədək vəsaitlərin, 1085,3 mln. manatı isə müddətli depozitlərin payına düşüb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: