Vergi gəlirlərinin 45,1%-i ƏDV, 42,8%-i gəlir vergisi, 7,8%-ni isə digər vergilər təşkil edib
Bu ilin yanvar ayında Azərbaycanın dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2% artaraq, 997,4 min. manat, xərcləri isə 34,5% artaraq, 241,5 min. manat təşkil edib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, vergi gəlirlərinin 45,1%-i ƏDV, 42,8%-i gəlir vergisi, 7,8%-ni isə digər vergilər təşkil edib. Büdcə xərclərinin 83,7 min. manatı əhalinin sosial müdafiəsi və sosial təminatına, 23 min. manatı iqtisadiyyata investisiya qoyuluşuna, 9,6 min. manatı isə təhsilin maliyyələşdirilməsinə sərf edilib.