Dolların ucuzlaşması neftə təsir edib
08 Oktyabr 2010 Cümə 11:15
Neftin qiyməti yenidən ucuzlaşıb.
Cümə günü dünya bazarlarında neftin qiyməti stabil olmayıb. Dolların avroya və digər valyutalara nisbətən qiymətinin düşməsi “qara qızıl”ın da qiymətinə təsirsiz ötüşməyib.

Belə ki, oktyabrın 7-də Nyu-Yorkun NYMEX (New York Merchantile Exchange) əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI (Light Sweet Crude Oil) neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 0.05 dollar və ya 0.06 faiz azalaraq 1 barelə görə 81,62 dollar təşkil edib.

Bu gün İCE (InterContinental Exchange Futures) London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent Crude Oil markalı neftin 1 barelinin dəyəri isə 0,39 dollar qalxaraq 83,16 dollar təşkil edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar