Dolların qəfil bahalaşması neftin bazarını öldürüb
26 Aprel 2011 Çərşənbə Axşamı 11:52
“Brent” 0,33 dollar, "Light Sweet Crude Oil” markalı neftin bareli isə 0,01 dollar ucuzlaşıb
Bu gün dünya xammal birjalarında neftin qiymətində ucuzlaşma müşahidə olunub. Amerika Birləşmiş Ştatlarının valyutası- dolların bahalaşması fonunda "qara qızıl"ın qiyməti düşüb.

Londonun “IСE” (InterContinental Exchange Futures) satış birjalarında “Brent” markalı neftin barelinin iyun ayına olan fyuçerslərinin qiyməti 0,33 dollar düşərək 123,66 dollara təklif edilib.

Nyu-Yorkun “NYMEХ” (New York Merchantile Exchange) elektron satış birjasında “Light Sweet Crude Oil” markalı neftin barelinin iyun ayına olan fyuçerslərinin qiyməti 0,01 dollar ucuzlaşaraq 112, 28 dollar təşkil edib.





DOSTLARINLA PAYLAŞ:

oyunlar