Dolların dəyərdən düşməsi nefti bahalaşdırdı
19 May 2011 Cümə Axşamı 03:06
“Qara qızıl”ın bir barelinin qiyməti 100 dollara çatıb
Dolların kursunun azalması fonunda ötən gün dünya bazarlarında neft bahalaşıb.
London birjasında “Brent Crude Oil” markalı neftin bir barelinin qiyməti 2,31 dollar artıb və 112,30 dollara çatıb.
Nyu-York birjasında isə “Light Sweet Crude Oil” markalı neft 3,19 dollar bahalaşıb. Bu markadan olan “qara qızıl”ın bir barelinin qiyməti 100,10 dollara çatıb.
DOSTLARINLA PAYLAŞ: