Dollar ucuzlaşmaqda davam edir
25 Sentyabr 2009 Cümə 11:05
Amerika puluna ən böyük zərbəni isə İran hökuməti endirib
Ötən gün valyuta birjalarında Amerika pulu- dollar avro qarşısında son 1 ildə ən aşağı məzənnə ilə dəyişdirilib. Ekspertlər bunu Amerikanın mərkəzi maliyyə orqanı - Federal Rezerv sisteminin kreditlərə görə baza faiz dərəcəsini getdikcə aşağı salması ilə izah edir.
Dollara ən böyük zərbəni isə İran hökuməti endirib. Belə ki, İran prezidenti Mahmud Əhmədinejad ölkənin valyuta ehtiyatlarının avro ilə saxlanılması barədə göstəriş verib. Xatırladaq ki, rəsmi Tehran bu ilin əvvəlində ixracatın 80 faizini təşkil edən neftin satışının dollarla deyil, avro ilə həyata keçirəcəyini bəyan etmişdi.
İndi İranın valyuta ehtiyatları 96,5 milyard dollardır. Bu qədər pulun avro ilə əvəzlənməsi isə maliyyə bazarında dolların mövqeyinə ciddi təsir edə bilər.ANSPRESS
DOSTLARINLA PAYLAŞ: