Dollar dünya ehtiyat valyutası statusunu itirəcək
28 İyun 2011 Çərşənbə Axşamı 17:24
Yaxın 25 il ərzində ABŞ dolları dünya ehtiyat valyutası statusunu itirəcək.
«APA-Economics»in «Financial Times» qəzetinə istinadən verdiyi məlumata görə, bu proqnozu seyflərində ümumi hesabla 8 trln. dollar saxlanılan mərkəzi bankların suveren sərvət və ehtiyatların idarə edilməsi fondlarının menecerləri verib.

“UBS” bankı tərəfindən keçirilən sorğu zamanı respondentlərin yarısından çoxu dolların valyuta səbəti ilə əvəz olunacağını əminliklə bildirib. Sorğuda beynəlxalq institutların, mərkəzi bankların suveren sərvət və ehtiyatların idarə edilməsi fondlarının 80-dən artıq menecer iştirak edib.

Analitiklərin fikrincə, dollara ehtiyat valyutası kimi ümidsizlik ABŞ hökumətinin xərclərin qarşısını ala bilməməsi və Federal Ehtiyat Sisteminin mühasibat balansının həddindən artıq genişləndirməsi fonunda yaranır. Cari ilin əvvəlindən dollar dünyanın aparıcı valyutalar səbətinə qarşı 5% ucuzlaşıb.

Qeyd edək ki, Dünya Bankının prezidenti Robert Zellik 2010-cu ildə yeni valyuta sistemini təklif edib. O, sözügedən sistemə dollar, avro, Yaponiya iyeni, Britaniya funtu və Çin yuanının daxil edilməsini təklif edib. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar