DəmirBankın kart sahibləri endirimlər əldə edəcək
22 Dekabr 2010 Çərşənbə 10:50
Bankın müştəriləri “Gazelli” mağazalar şəbəkəsində güzəştlərə nail olacaqlar
“DəmirBank” plastik kart sahibləri “Gazelli” mağazalar şəbəkəsində alınan malların qiymətindən 15 faiz həcmində endirimdən istifadə edə bilər. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, “Gazelli” mağazalarında, eləcə də “Kart sahiblərinə endirimlər” proqramı çərçivəsində digər ticarət və xidmət mərkəzlərində endirim əldə etmək üçün plastik kartı göstərmək kifayətdir – ödənişi nağd şəkildə aparmaq olar. Endirimlərin həcmi müxtəlif ticarət və xidmət mərkəzlərində 15 faizədək təşkil edir.
Hazırda ölkədə fəaliyyət göstərən 25-dək müxtəlif xidmət və ticarət şirkətləri “DəmirBank”ın “Kart sahiblərinə endirimlər” layihəsinin iştirakçısıdır.
Qeyd edək ki, ölkənin ilk banklarından olan “DəmirBank” (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
DOSTLARINLA PAYLAŞ: