DəmirBankdan qadınlara bayram təklifi
24 Fevral 2011 Cümə Axşamı 11:51
Bank 8 Mart münasibətilə güzəştli şərtlərlə avtokreditlər təklif edilir
“DəmirBank” 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə avtomobil kreditləri üzrə güzəştli kampaniyaya başlayır. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, kampaniya zamanı xanımlar “DəmirBank”ın istənilən filialından güzəştli şərtlərlə avtomobil krediti əldə edə biləcək.
Şərtlərə əsasən 1 mart 2011-ci il tarixindən etibarən 1 ay ərzində yeni avtomobillər üçün ən azı 20 faiz ilkin ödəniş edildikdə avtomobil krediti illik 18 faoz, ən azı 50 faiz ilkin ödəniş edildikdə isə illik 17 faiz dərəcəsi ilə verilir. Avtomobil krediti müştərilərə 20 faizdən başlayaraq ilkin ödənişlə 36 ayadək müddətə təklif edilir. Kreditin məbləği 5000-dən 50000 manatadək təşkil edə bilər.
Qeyd edək ki, ölkənin ilk banklarından olan “DəmirBank” (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
DOSTLARINLA PAYLAŞ: