DəmirBankBakıda gül paylayıb
15 Mart 2011 Çərşənbə Axşamı 16:57
Bank 8 mart münasibətilə müxtəlif tədbirlər həyata keçirir
“DəmirBank” 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə müxtəlif tədbirlər həyata keçirməkdədir. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bank 1 mart tarixindən 31 mart 2011-ci il tarixinədək avtomobil kreditləri üzrə güzəştli kampaniya keçirir. Hazırda davam edən kampaniya çərçivəsində xanımlar “DəmirBank”ın istənilən filialından yeni avtomobillər üçün ən azı 20 faiz ilkin ödəniş etdikdə krediti illik 18 faiz, ən azı 50 faiz ilkin ödəniş etdikdə isə illik 17 faiz dərəcəsi ilə əldə edə bilər.
Bununla yanaşı, “DəmirBank” 8 mart bayramında şəhərin mərkəzi küçələrində gül paylama aksiyasını həyata keçirib. Aksiya zamanı şəhərin mərkəzi küçələrində bayram münasibətilə 300 nəfər xanıma gül təqdim edilib.
Həmçinin 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə “İrəli” İctimai Birliyinin təşkil etdiyi və müxtəlif ictimai təşkilatların qatıldığı tədbirdə “DəmirBank” 8 mart münasibətilə keçirdiyi işlər barədə təqdimat ilə iştirak edib.
Qeyd edək ki, ölkənin ilk banklarından olan “DəmirBank” (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
DOSTLARINLA PAYLAŞ: