DəmirBank yeni pul köçürmələri xidməti
22 Yanvar 2010 Cümə 12:35
DəmirBank müştərisi banka gəlməzdən əvvəl evdən və ya ofisdən 149 telefon nömrəsinə zəng edə bilər.
“DəmirBank”ın 149 Telefon Məlumat Mərkəzi təcili pul köçürmələri üzrə məlumat xidmətləri göstərməyə başlayıb. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu xidmət müştəriyə banka gəlməzdən əvvəl evdən və ya ofisdən 149 telefon nömrəsinə zəng etməklə ona göndərilmiş pul köçürməsinin daxil olmasını və müvafiq filialı dəqiqləşdirə bilər.
149 Telefon Məlumat Mərkəzindən bununla bağlı məlumat əldə etmək üçün təcili pul köçürmə sisteminin adı, adına pul köçürməsi göndərilmiş şəxsin adı və soyadı, köçürülən məbləğ və köçürmənin xüsusi kodu bildirilməlidir.
“DəmirBank”ın Telefon Məlumat Mərkəzi şəhər telefonu və Azercell nömrələrindən sadəcə 149, Bakcell və Nar Mobile nömrələrindən 012 149 yığmaqla zəng etmək mümkündür.
“Biz pul köçürmələri üzrə yeni inkişaf proqramına uyğun olaraq bir sıra işlər görürük. Əhalinin geniş təbəqəsini əhatə edən pul köçürmələri üzrə görüləcək işlər və hazırda tətbiq edilən məlumat xidməti müştərilərin rahatlığını və məmnunluğunu artıracaq”, deyə bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarov bildirib.
“DəmirBank” əhaliyə bankda hesab açmadan 200-dək ölkə üzrə pul köçürmə xidmətlərini təklif edir. Bank Western Union, Bıstraya Poçta, Migom, Contact, Zolotaya Korona, Coinstar sistemləri ilə beynəlxalq pul köçürmələri həyata keçirir. “DəmirBank” özünün Şimşək sistemi ilə əhaliyə ölkədaxili pul köçürmə xidmətləri də göstərir.
Qeyd edək ki, ölkənin ilk banklarından olan DəmirBank (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: