DəmirBank yeni kampaniya elan edib
27 İyun 2012 Çərşənbə 17:00
Bankın 5 müştərisi lotereyada növbəti ayın kredit ödənişini qazanıb.
“DəmirBank”ın istehlak kreditləri üzrə “Kreditini hədiyyə qazan” şüarı ilə keçirdiyi lotereyada 5 müştəri qalib olub. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, qaliblərə telefonla nəticələr barədə məlumat verilib.

Kampaniya ərzində hər ay 5 müştəri növbəti ayın kredit ödənişini (hər biri maksimum 500 manat), lotereyanın sonunda isə 1 müştəri kredit üzrə tam qalıq borcunu (maksimum 5000 manat) qazanacaq. Kampaniyanın növbəti tirajı 23 iyul 2012-ci il tarixində keçiriləcək.

Şərtlərə əsasən “DəmirBank”dan aşağıda qeyd edilən istehlak kreditləri üzrə maksimum 5000 manat (və ya 6300 dollar) kredit götürən və son 2 ayda ödənişlərdə gecikməsi olmayan müştərilər uduş kampaniyasında iştirak hüququ qazanır.

Kampaniyada “Nağd pul krediti”, “Dövlət işçilərinə kredit”, “Dövlət qulluqçularına kredit”, “Təqaüdçü krediti”, “Səhiyyə işçilərinə kredit”, “Təhsil işçilərinə kredit”, “Təhsil krediti”, “Məişət texnikası / kompüter krediti”, “Mebel krediti”, “Qızılla kredit”, “Təmir krediti” və ya “Turizm krediti” götürən müştərilər iştirak edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar