DəmirBank Türkiyənin pul köçürmə sisteminə qoşulub
20 İyun 2012 Çərşənbə 17:30
DəmirBank UPT sistemi ilə pul köçürmə xidmətləri çeşidini genişləndirib.
“DəmirBank” Türkiyənin UPT sistemi üzrə pul köçürmələrini təqdim edərək, təcili pul köçürmə xidmətləri çeşidini genişləndirib. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, UPT sistemi ilə müştərilər Azərbaycandan Türkiyəyə daha sərfəli şərtlərlə 1 dəqiqə ərzində ABŞ dolları, avro və Türkiyə lirəsi ilə pul vəsaiti göndərə bilərlər.

Pul köçürmə xidmətlərini “DəmirBank”ın 31 filialında həyata keçirmək mümkündür. Bank “Western Union”, “Zolotaya Korona”, “Bıstraya Poçta”, “Contact”, “Coinstar”, “Blizko”, “PrivatMoney”, “Migom”, “Lider” və UPT sistemləri ilə beynəlxalq köçürmələr həyata keçirir. “DəmirBank” özünün “Şimşək” sistemi ilə əhaliyə ölkədaxili köçürmə xidmətləri də göstərir.

“DəmirBank”ın filiallarında ən azı 500 AZN / USD / EUR və ya 15000 RUR məbləğində pul köçürənə və ya alana 1 manatlıq, ən azı 2000 AZN / USD / EUR və ya 60000 RUR olduqda isə 2 manatlıq mobil danışıq kartı hədiyyə olunur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar