"DəmirBank" nizamnamə kapitalını artırır
23 Avqust 2010 Bazar Ertəsi 17:45
DəmirBankın səhmlərinin emissiya prospekti QKDK tərəfindən qeydə alınıb.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “DəmirBank” ASC-nın adi adlı sənədsiz səhmlərinin emissiya prospekti qeydə alınıb. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsi (BFB) ilə keçiriləcək.
BFB-dən ANS PRESS-ə verilən məlumata görə, dövlət qeydiyyat nömrəsi AZ100100014P, emissiyanın həcmi 1 milyon manat, qiymətli kağızın miqdarı 5 milyon ədəd, nominal dəyəri 0, 20 manat, anderrayter “ADB Broker” MMC-dir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: