DəmirBank nizamnamə kapitalını artırır
12 Avqust 2010 Cümə Axşamı 18:15
DəmirBank nizamnamə kapitalını artırır. Bankın 5 milyon ədəd səhmi qeydiyyata alınıb.
“DəmirBank” Açıq Səhmdar Cəmiyyətinin hər birinin nominal dəyəri 0,20 manat olan 5 milyon ədəd adi sənədsiz adlı səhmlərin buraxılışı AZ100100014P qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb. Yerləşdirmə kütləvi təklif üsulu ilə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilib.

Qeyd edək ki, ölkənin ilk banklarından olan “DəmirBank” (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar