DəmirBank Nərimanov filialının yeni ofisi açıldı
18 Oktyabr 2011 Çərşənbə Axşamı 17:52
DəmirBank filial şəbəkəsinin inkişafı üçün müvafiq işlər həyata keçirir.
“DəmirBank” bu gün Dövlət Müstəqilliyinin 20 illiyi münasibətilə Nərimanov filialının yeni ofisinin rəsmi açılış mərasimini keçirib. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Bakı şəhəri, Həsənoğlu küç. 13 f ünvanında yerləşən Nərimanov filialı fiziki və hüquqi şəxslərə geniş çeşiddə bank xidmətləri göstərir.
Filial müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ istehlak və biznes kreditləri, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair xidmətlər təklif edir.
“DəmirBank” filial şəbəkəsinin inkişafı üçün bir çox işlər həyata keçirir. Son 1 ilə yaxın müddətdə “DəmirBank” 5 filialını yeni ofislərə köçürüb və daha 1 filial bu yaxınlarda köçürüləcək.
Hazırda “DəmirBank”ın 31 filial və şöbəsi fəaliyyət göstərir. Onlardan 13-ü paytaxt Bakı şəhərində, 18-i isə rayonlarda yerləşir.
Qeyd edək ki, ölkənin ilk banklarından olan “DəmirBank” (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: