"DəmirBank" "Migom"la əməkdaşlığı bərpa edib
03 Avqust 2011 Çərşənbə 17:49
Bank təcili pul köçürmə xidmətləri çeşidini genişləndirib
“DəmirBank” “Migom” sistemi üzrə pul köçürmələrini yenidən bərpa edərək, təcili pul köçürmə xidmətləri çeşidini genişləndirib. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və digər MDB ölkələrində “Migom” sistemi ilə müştərilər ABŞ dolları, avro və Rusiya rublu ilə pul vəsaiti göndərə və ala bilərlər.

“DəmirBank” “Migom” sisteminin yeni versiyasını Azərbaycanda ilk dəfə tətbiq edib ki, bu da əvvəlki versiya ilə müqayisədə texniki və təhlükəsizlik cəhətdən bir sıra üstünlüklərə malikdir.

Pul köçürmə xidmətlərini “DəmirBank”ın 31 filial və şöbəsində həyata keçirmək mümkündür. Bank “Western Union”, “Bıstraya Poçta”, “Contact”, “Zolotaya Korona”, “Coinstar”, “Blizko”, “PrivatMoney” və “Migom” sistemləri ilə beynəlxalq pul köçürmələri həyata keçirir. “DəmirBank” özünün “Şimşək” sistemi ilə əhaliyə ölkədaxili pul köçürmə xidmətləri də göstərir.

Bankın filiallarında ən azı 500 AZN / USD / EUR və ya 15000 RUR məbləğində pul köçürənə və ya alana 1 manatlıq, ən azı 2000 AZN / USD / EUR və ya 60000 RUR olduqda isə 2 manatlıq mobil danışıq kartı hədiyyə olunur. Həmçinin pul köçürmələri üzrə hər ay keçirilən uduş kampaniyasında 16 müştəri - 1 nəfər 1000 manat, 5 nəfər 200 manat və 10 nəfər 100 manat məbləğində pul vəsaiti uda bilər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar