“DəmirBank”ın aktivləri artıb
22 Noyabr 2010 Bazar Ertəsi 12:55
Bankda əhalinin əmanətlərinin həcmi 27 faiz çoxalıb
“DəmirBank”ın aktivləri 1 noyabr 2010-cu il tarixinə 289,1 milyon manat təşkil edib. Bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 32,8 milyon manat və ya 12,8 faiz çoxdur. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, müştərilərə verilən kreditlərin həcmi isə bu dövr ərzində 41,8 milyon manat və ya 22,3 faiz artaraq 229,6 milyon manatı keçib.

Bankda müştəri depozitlərinin həcmi 1 noyabr 2010-cu il tarixinə 98,0 milyon manat olub. Əhalinin əmanətlərinin həcmi isə bu müddət ərzində 80,9 milyon manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 27,1 faiz və ya 17,3 milyon manat çoxdur.

Bankın nizamnamə kapitalı 1 noyabr 2010-cu il tarixinə 20 milyon manat, məcmu kapitalı isə 48,6 milyon manat olub.

Qeyd edək ki, ölkənin ilk banklarından olan “DəmirBank” (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar