DəmirBank ilin bankı elan edilib
07 Aprel 2011 Cümə Axşamı 16:36
Bank “Yeni bank məhsullarının tətbiqi” nominasiyasında MDB məkanında birinci olub
“MDB ölkələri, Baltika və Gürcüstan üzrə İlin Bankı - 2010” müsabiqəsi çərçivəsində “Yeni bank məhsullarının yaradılması və tətbiqi” nominasiyası üzrə “DəmirBank” beynəlxalq mükafata layiq görülüb. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, müsabiqə Ukraynanın “КБС-Издат” agentliyi və “Bankir” jurnalının təşkilatçılığı, “Credit Rating” agentliyi və “banki.ru” informasiya portalının tərəfdaşlığı ilə həyata keçirilib.

Mükafat Ukraynanın paytaxtı Kiyev şəhərində Ukrayna hökuməti və Milli Bankının, həmçinin Kiyevdə müvafiq ölkələrin səfirliklərinin təmsilçilərinin iştirakı ilə keçirilən mərasimdə təqdim edilib.

Qeyd edək ki, ölkənin ilk banklarından olan “DəmirBank” (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar