DəmirBank Gizli müştəri layihəsi
29 İyul 2011 Cümə 17:00
DəmirBank Gizli müştəri layihəsi. Bank müştəri xidməti sahəsində araşdırma həyata keçirib.
“DəmirBank” müştəri xidməti keyfiyyətinin inkişafı məqsədi ilə “Gizli müştəri” (Mystery Shopping) araşdırma layihəsini həyata keçirib. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, layihə bankın Bakı və regionlarda fəaliyyət göstərən bütün filiallarını əhatə edib.

Araşdırma bankın sifarişi ilə “Business Insight” şirkəti tərəfindən həyata keçirilib. Layihə çərçivəsində bankda müştəri xidməti müxtəlif meyarlar üzrə qiymətləndirilib. Araşdırma 4 xidməti əhatə edib: əmanətlər, plastik kartlar, pul köçürmələri və kreditlər. Layihənin yekunları əsasında müştəri xidmətinin inkişafı məqsədi ilə bankda müxtəlif tədbirlərin həyata keçirilməsinə başlanılıb.

Qeyd edək ki, ölkənin ilk banklarından olan “DəmirBank” (əvvəlki adı “Azərdəmiryolbank”) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar