DəmirBank"dan avtomobil kreditləri üzrə güzəştli kampaniya
01 Mart 2012 Cümə Axşamı 18:02
Xanımlar bankın istənilən filialından güzəştli şərtlərlə avtomobil krediti əldə edə biləcək.
“DəmirBank” 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə avtomobil kreditləri üzrə güzəştli kampaniyaya başlayır. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 1 martdan 30 aprel 2012-ci il tarixinədək xanımlar “DəmirBank”ın istənilən filialından güzəştli şərtlərlə avtomobil krediti əldə edə biləcək.

Şərtlərə əsasən yeni və son 5 ilin istehsalı olan istifadə edilmiş avtomobillər üçün 20% ilkin ödəniş edildikdə avtomobil krediti illik 18%, 50%-dən artıq ilkin ödəniş edildikdə isə illik 17% dərəcəsi ilə verilir.

Avtomobil krediti müştərilərə 20%-dən başlayaraq ilkin ödənişlə 36 ayadək müddətə təklif edilir. Kreditin məbləği 5000-dən 50000 manatadək təşkil edə bilər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar