DəmirBank daha bir kredit cəlb edib
27 Fevral 2012 Bazar Ertəsi 16:57
DəmirBank Hollandiyanın “ASN-Novib Microkredietfonds” investisiya şirkəti ilə yeni kredit müqaviləsi imzalayıb.
“DəmirBank” və Hollandiyanın “ASN-Novib Microkredietfonds” investisiya şirkəti 2,5 milyon ABŞ dolları məbləğində yeni kredit müqaviləsi imzalayıb. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, müqavilə Hollandiyanın “Triple Jump B.V.” şirkətinin təşkilatçılığı ilə imzalanıb.

“DəmirBank” kredit proqramları üzrə 20-dən çox beynəlxalq təşkilatla əməkdaşlıq edir. Bu sırada Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Asiya İnkişaf Bankı, Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO), Qara Dəniz Ticarət və İnkişaf Bankı, Alman-Azərbaycan Fondu, DEG Almaniya İnvestisiya Şirkəti, OFID Beynəlxalq İnkişaf Fondu, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası, USAID və digər beynəlxalq təşkilatları qeyd etmək olar.

Qeyd edək ki, ölkənin ilk banklarından olan “DəmirBank” (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar