"DəmirBank"da əhalinin əmanətləri 79 faiz artıb
21 Aprel 2010 Çərşənbə 16:35
Bankın kredit portfelinin həcmi 185,3 milyon manata çatıb.
“DəmirBank”ın aktivləri 1 aprel 2010-cu il tarixinə 281,8 milyon manat təşkil edib. Bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 68,8 milyon manat və ya 32,3 faiz çoxdur. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bankın kredit portfelinin həcmi il ərzində 24,9 milyon manat artaraq 185,3 milyon manata çatıb.

Bankda müştəri depozitlərinin həcmi 1 aprel 2010-cu il tarixinə 101,5 milyon manat olub. Əhalinin əmanətlərinin həcmi 77,8 milyon manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 79,2 faiz və ya 34,4 milyon manat çoxdur.

Bankın nizamnamə kapitalı 19 milyon manat, məcmu kapitalı isə 47,6 milyon manat təşkil edib.

Qeyd edək ki, ölkənin ilk banklarından olan “DəmirBank” (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar