“DəmirBank”da əhalinin əmanətləri 26,1 faiz artıb
17 İyul 2012 Çərşənbə Axşamı 17:06
Bankın aktivləri 20.8 faiz artaraq 403,8 milyon manat təşkil edib.
“DəmirBank”ın aktivləri bu ilin 1 iyul tarixinə 403,8 milyon manat təşkil edib, bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 69,5 milyon manat və ya 20,8 faiz çoxdur. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, müştərilərə verilən kreditlərin həcmi isə bu dövr ərzində 34 milyon manat və ya 14 faiz artaraq 278,4 milyon manatı keçib.

Bankda müştəri depozitlərinin həcmi bu ilin 1 iyul tarixinə 163,6 milyon manat olub. Əhalinin əmanətlərinin həcmi isə 1 iyul 2012-ci il tarixinə 117,2 milyon manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 26,1 faiz və ya 24,2 milyon manat çoxdur.

Bankın nizamnamə kapitalı 1 iyul tarixinə 21 milyon manat, məcmu kapitalı isə 51,5 milyon manat olub.

Qeyd edək ki, ölkənin ilk və aparıcı banklarından olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. “DəmirBank” “Fitch Ratings” və “Planet Rating” agentliklərinin “stabil” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar