DəmirBank aktivlərini 18,4 faiz artıb
26 May 2011 Cümə Axşamı 16:33
Bu ilin 4 ayında DəmirBank aktivləri 325,2 milyon manat təşkil edib.
“DəmirBank”ın aktivləri 1 may 2011-ci il tarixinə 325,2 milyon manat təşkil edib, bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 50,6 milyon manat və ya 18,4 faiz çoxdur. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, müştərilərə verilən kreditlərin həcmi isə bu dövr ərzində 44,9 milyon manat və ya 23,8 faiz artaraq 233,3 milyon manatı keçib.
Bankda müştəri depozitlərinin həcmi 128,2 milyon manat olub. Əhalinin əmanətlərinin həcmi isə 90,8 milyon manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 13,6 faiz və ya 10,8 milyon manat çoxdur.
Bu tarixə bankın nizamnamə kapitalı 20 milyon manat, məcmu kapitalı isə 48,5 milyon manat olub.
Qeyd edək ki, ölkənin ilk banklarından olan “DəmirBank” (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: