“DekaBank” nizamnamə kapitalını artırdı
20 May 2010 Cümə Axşamı 13:30
“DekaBank” nizamnamə kapitalını artırdı. Kapital bazasının möhkəmləndirilməsi yüksək likvidliyin saxlanmasının təminatıdır.
“DekaBank” Kommersiya bankının (KB) nizamnamə kapitalı bu ilin 1 may tarixinə ötən ilin yekun dövrü ilə müqayisədə 30 faizə qədər artaraq 12 438 620 manat manat təşkil edib. Ötən ilin yekun dövründə bankın nizamnamə kapitalı 9 594 000 manat olub.

Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, nizamnamə kapitalının artırılması bankın səhmdarlarının razılığı əsasında həyata keçirilib. Belə ki, 2010-cu ilin birinci rübündə “DekaBank” KB ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib.

Toplantıda “DekaBank”KB ASC-nin 2009-cu ildə yaranmış mənfəətinin nizamnamə kapitalının artırılmasına yönəldilməsi məsələsi müzakirə edilib. 2009-cu ilin 4 rübü ərzində bankın gəlirləri 5489.12 min manat, (o cümlədən ,3970.33 manat faiz gəlirləri, 1518.79 min manat (qeyri faiz gəlirləri) olub. 2009-cu ildə əldə olunmuş xalis mənfəətin qalığı isə 2844.91 min manat təşkil edib.

Qeyd edək ki, Azərbaycan prezidentinin təsdiq etdiyi “Bankların, sığorta və təkrar sığorta şirkətlərinin kapitallaşma səviyyəsinin artırılmasının stimullaşdırılması haqqında” 28 oktyabr 2008-ci il tarixli Qanununu əsas tutaraq “DekaBank”KB ASC-nin 2009-cu ildə əldə etdiyi mənfəət, 2844.621 manat məbləğində, nizamnamə kapitalının artırılmasına yönəldilməsi qərara alınıb. Bu məbləğ həcmində səhmlərin nominal dəyəri artırılmaqla, hər səhmin nominal dəyəri 200 (iki) yüz manatdan 259.30 (iki yüz əlli doqquz manat otuz qəpik) manata çatdırılmaqla, qapalı yerləşdirilmə üsulu ilə səhmlərin əlavə emissiyasının keçirilməsi və səhmlərin dəyəri arasındakı fərq şirkətin bölüşdürülməmiş mənfəəti hesabına ödənilməsi qərara alınıb. Həmçinin nizamnamə kapitalının dəyişməsi ilə əlaqədar olaraq bankın Nizamnaməsində dəyişikliklər edilib.

Nəticədə 2010-cu ilin aprel ayı üçün “DekaBank” KB ASC-nin kapitalın adekvatlıq əmsallarına dair Azərbaycan Mərkəzi Bankının prudensial tələbinə müvafiq olaraq məcmu kapitalın adekvatlıq əmsalı 50.26 faiz (norma-12 faiz), 1-ci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 43.34 faiz (norma-6 faiz) bərabər oldu. Kapitalın adekvatlığı baxımdan bankın imkanları daha da genişlənib. Bankın səhmdarları 100 faiz rezident fiziki şəxslərdir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar