DekaBank"ın aktivləri artıb
14 Yanvar 2010 Cümə Axşamı 17:50
DekaBank"ın 2009-cu ildə aktivlərinin həcmi 32,434 milyon manat təşkil edib
Dünya iqtisadi böhranın maliyyə sektorundakı fəsadlarına baxmayaraq "Deka-Bank" Kommersiya Bankı (KB) Açıq Səhmdar Cəmiyyəti (ASC) əhaliyə çoxçeşidli bank xidmətlərini - əmanətlərin cəlb olunması, kreditlərin verilməsini dayandırmayb, əksinə daim genişləndirilməsini diqqət mərkəzində saxlayıb. 20 illik fəaliyyəti nəticəsində tədricən Azərbaycanın qabaqcıl banklarından birinə çevrilən “Deka-Bank” 2009-cu il dövrü üçün fəaliyyətinə uğurla yekun vurub.
Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bankın nizamnamə kapitalı ötən il üçün 10 milyon manat, ümumi kapitalı isə 12 782 000 manat həcmində olub.
Bankın aktivlərinin həcmi 2009-cu il üçün 32 434 110 manat təşkil edib. Bu isə 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə artım deməkdir.
Ötən ilin yekunlarına görə, bankın kredit portfelinin həcmi 25 faiz artaraq 25 700 987 manata bərabər olub.
Hazırda bankın 2009-cu il üçün depozit portfelinin həcmi 8 015 400 manat təşkil edir. Bu isə 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 890 000 manat artıqdır.
2009-cu ilin yekunu olaraq bankın xalis mənfəəti 2008-ci il dövrü ilə müqayisədə iki dəfə artaraq 2 844 900 manat olub olub.
Qeyd edək ki, 2004-cü ildən təşkilati -hüquqi formasını dəyişərək Açıq Səhmdar Cəmiyyət kimi fəaliyyətini davam etdirən “Deka-Bank” bank sektorunda özünün qəbul etdiyi inkişaf proqramına uyğun risklərin düzgün idarə edilməsi nəticəsində mənfəətini artıraraq mövqeyini gücləndirməkdə davam edir.
Təsis olunduğu gündən adi şəxslərdən tutmuş böyük müəssisə sahiblərinə kimi etibarlı müştəri bazasını daim artıran “Deka-Bank” bütün növ bank xidmətləri göstərir. İqtisadi böhranın pik nöqtəsində belə bank əmanətlərin cəlb olunmasını, kreditlərin verilməsini davam etdirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: