Daxili valyuta bazarının ümumi həcmi 0,1 faiz artıb
19 Avqust 2010 Cümə Axşamı 16:00
Mütəşəkkil banklararası valyuta bazarının həcmi isə 82,5 faiz azalıb.
Bu ilin birinci yarısında daxili valyuta bazarında vəziyyət sabit olaraq qalıb. Mərkəzi Bankdan ANS PRESS-ə verilən məlumata görə, daxili valyuta bazarının ümumi həcmi ötən ilin yanvar-iyun ayları ilə müqayisadə cüzi artaraq (0,1 faiz) 8800,9 milyon dollar təşkil edib. Qeyri-mütəşəkkil (ABVB və BDMƏ) valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,2 faiz və ya 998,8 milyon dollar artaraq 8591,2 milyon dollar səviyyəsinə yüksəlib və daxili valyuta bazarının ümumi həcminin 97,6 faizini təşkil edib. BDMƏ-də aparılmış əməliyyatların həcmi 3734,4 milyon dollar səviyyəsində olub və qeyri-mütəşəkkil valyuta bazarının həcminin 43,5 faizini təşkil edib.

Mütəşəkkil banklararası valyuta bazarının (BEST) həcmi 82,5 faiz və ya 989,4 milyon azalaraq 209,6 milyon dollar səviyyəsinə enib və daxili valyuta bazarının ümumi həcminin 2,4 faiz təşkil edib.

2010-cu ilin yanvar-iyun aylarında Mərkəzi Bankın valyuta bazarlarında xalis alışlarının həcmi 598,4 milyon dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1,8 dəfə azdır. Valyuta bazarında hesabat
dövründə manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi cəmi 0,04 faiz təşkil edib,

Fiziki və hüquqi şəxslər tərəfindən banklardan alınan nağd ABŞ dollarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,9 faiz azalaraq 1838,9 dolları təşkil edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar