Davos ümumdünya iqtisadi forumu işə başlayır
27 Yanvar 2010 Çərşənbə 07:00
Bu gün Davos ümumdünya iqtisadi forumu işə başlayır. Forumun təhlükəsizlik xidmətinin rəhbəri Markus Raynhardtın isə forumun 40-cı sessiyasının açılışı öncəsi intihar edib.
Bu gün Davosda ümumdünya iqtisadi forumu işə başlayır. Hər il keçirilən ənənəvi forumun bu ilki devizi “Planetin vəziyyətini yaxşılaşdıraq: dünyanı yenidən dərk edək, yenidən quraq”dır. Yanvarın 31-nə kimi davam edəcək forumda dünyanı bürümüş maliyyə və iqtisadi böhran da müzakirə obyekti olacaq. Forumun ekspertləri böhranın ikinci dalğasının gözlənildiyini bildirirlər. “Hökumətlər biznesə yardım ediblər, indi isə özləri bankrot olublar” deyən ekspertlər ilk zərbənin Çinə dəyəcəyini proqnozlaşdırırlar. Forumda 90 ölkədən 2500 nümayəndənin iştirakı gözlənilir. Tədbiri Fransa prezidenti Nikolya Sarkozi açacaq.

Davosda keçirilən dünya iqtisadi forumunun təhlükəsizlik xidmətinin rəhbəri, İsveçrənin Qraubyunden Kantonunun polis rəisi Markus Raynhardtın isə forumun 40-cı sessiyasının açılışı öncəsi intihar etdiyi haqda məlumat yayılıb. İsveçrə xəbər agentliklərinin verdiyi məlumata görə, 61 yaşlı Raynhardtın cəsədi Davosdakı oteldə qaldığı nömrədə tapılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar