Daşqınlardan zərər çəkmiş fermerlər yardım alacaq
23 May 2010 Bazar 16:30
Kənd təsərrüfatı naziri İsmət Abasovun sözlərinə görə, onlara kompensasiya ödəniləcək.
Daşqınlar zamanı fermerlərə ciddi ziyan dəyib. Onlara dəymiş ziyanın məbləği tam hesablanmayıb. Bu sözləri kənd təsərrüfatı naziri İsmət Abasov deyib. O qeyd edib ki, təhlükə tam aradan qaldırılandan sonra ziyan hesablanacaq və fermerlərə kompensasiya ödəniləcək.

“Hardasa 51 min hektar əkin sahəsi su altında qalıb. Bundan təxminən 21 500 taxıl sahələridir, 22 200 yoncadır. Qalanı tərəvəzdir: bostan məhsulları, çuğundur və s. Təxminən 126 baş iri buynuzlu heyvan tələf olub. 300 baş kicik buynuzlu heyvan məhv olub, 30 min də quşdur. Bunlar ilkin məlumatlardır. Hər bir ziyan cəkmiş, hər bir ziyana düşmüş fermer öz kompensasiyasını almalıdır və alacaq” deyən nazir prezident İlham Əliyevin bununla bağlı müvafiq göstəriş verdiyini bildirib. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar