Daşınmaz əmlakın icbari sığortası 50 manatdan artıq olmayacaq
09 May 2011 Bazar Ertəsi 12:52
Daşınmaz əmlakın icbari sığortası 50 manatdan artıq olmayacaq. Bunu maliyyə naziri Samir Şərifov bildirib.
"Daşınmaz əmlakın icbari sığortası əhali üçün olduqca faydalı olacaq". Bunu maliyyə naziri Samir Şərifov bildirib.
Nazir jurnalistlərə açıqlamasında deyib ki, yanğın və texnogen fəlakətlərdən zərər çəkmiş insanlar nəzərdə tutulan yeniliklər sayəsində real müavinətlər ala biləcəklər. S. Şərifovun sözlərinə görə, icbari sığortanın bu növü üzrə sığorta haqqının məbləği ildə 50 manatı aşmayacaq.
Qeyd edək ki, hazırda Milli Məclisdə “İcbari sığorta haqqında” qanun layihəsi müzakirə edilir. Ölkədə daşınmaz əmlakın icbari sığortalanması haqda yeniliklərin də həmin sənədə daxil ediməsi nəzərdə tutulur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: