Daşınmaz əmlak qiymətləri enə bilər
14 May 2009 Cümə Axşamı 18:35
Ekspert Kənan Aslanlı: "Hazırda qiymətlərin kəskin düşməməsi bir çox şirkətlərin gözləmə mövqeyində olması ilə bağlıdır"

 

"Qlobal maliyyə böhranına baxmayaraq, daşınmaz əmlak bazarında qiymətlərin kəskin düşməməsi bir çox şirkətlərin gözləmə mövqeyində olması ilə əlaqədardır". Bu barədə iqtisadçı ekspert Kənan Aslanlı AJAŞ Xəbər-ə bildirib. Ekspert məsələnin diqqət mərkəzində olduğunu, xeyli müddətdir ki, özünün də prosesi izlədiyini qeyd edib: "İstər Bakıda, istərsə də regionlarda yeni yaşayış binalarının və digər obyektlərin tikintisi ilə məşğul olan şirkətlərlə söhbətlərimiz olub. Bu söhbətlər zamanı onların həqiqətən də gözləmə mövqeyində olmaları qənaətinə gəlmişik".

Tikinti şirkətlərində mövcud vəziyyətin nə vaxtadək davam edəcəyi ilə bağlı sualın cavabında isə, K.Aslanlı vurğulayıb ki, bu gözləmə ilin sonuna kimi davam edə bilər: "İlin sonunda daşınmaz əmlak bazarında qiymətlərin kəskin düşmə ehtimalı istisna deyil". /ANSPRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar