Daha iki kredit ittifaqı qeydiyyata alınıb
04 İyun 2010 Cümə 18:00
Mərkəzi Bank tərəfindən lisenziya alan kredit ittifaqlarının sayı 79-a çatıb.
Vergilər Nazirliyi mayın birinci yarısında iki kredit ittifaqını qeydiyyata alıb. Nazirliyin mətbuat xidmətinin məlumatına görə, nizamnamə kapitalı 4000 manat olan "Compass kredit ittifaqı" MMC-ni Binəqədi rayonunda 11 fiziki şəxs təsis edib. İttifaqın sədri Samiq Məmmədovdur.

"Fermer kredit ittifaqı" MMC-ni isə Qusarda 11 fiziki şəxs təsis edib. İttifaqın ödənilmiş nizamnamə fondu 4 min manatdır. Ona Binyam Zalov rəhbərlik edir.

Qeyd edək ki, qanunvericiliyə əsasən, kredit fəaliyyəti göstərmək üçün kredit ittifaqları Azərbaycan Mərkəzi Bankdan lisenziya almalıdırlar. AMB-dən verilən məlumata görə, bu ilin ilk rübündə lisenziya alan kredit ittifaqlarının sayı 2 vahid artaraq 79-a çatıb. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar