Daha bir Türkiyə bankı Azərbaycana gəlir
29 Oktyabr 2010 Cümə 13:00
"Akbank" ölkəmizin bank sektorunda fəaliyyət göstərmək niyyətindədir.
Türkiyənin aparıcı banklarından olan "Akbank" Azərbaycanın bank sisteminə daxil olmaq niyyətindədir. Azərbaycan Türkiyə İş Adamları Birliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, “Akban”ın Xarici ölkələrlə əlaqəli marketinq şöbəsinin müdiri Altuğ Ülker və ATİB Baş katibi Rəşad Rəsullu arasında görüş keçirildi.
Görüş zamanı qonağa ATİB-in fəaliyyətləri, ATİB üzvü şirkətlərin Azərbaycanın qeyri-neft sektorunda yeri, bu şirkətlərin ölkəyə investisiya yatırımları barədə məlumat verilib.
A. Ülker ATİB-in iki ölkə arasındakı əlaqələrin inkişafında böyük rol oynadığını vurğulayıb və təmsil etdiyi "Akbank"ın Azərbaycanın bank sektorunda fəaliyyətini genişləndirmək niyyətində olduğunu qeyd edib. ATİB Baş katibi qonağa ölkənin biznes mühiti, son illərdə iqtisadiyyatın və bank sektorunun sürətli inkişafı barədə məlumat verib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: