Daha bir həyat sığortası şirkəti yaradılır
02 Dekabr 2010 Cümə Axşamı 17:40
"Qala Sığorta" "Qala Həyat" sığorta şirkətinə çevrilib
Azərbaycanda yalnız həyat sığortası ilə məşğul olan ikinci şirkət yaradılıb. Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, "Qala Həyat" "Qala Sığorta" şirkətinin bazası əsasında yaradılıb. Beləliklə, bu şirkət ölkədə "Atəsgah Həyat"dan sonra həyat sığortası ilə məşğul olacaq ikinci şirkət olacaq.

Qeyd edək ki, "Qala Sığorta"nın noyabrın 1-nə olan vəziyyət görə, şirkətin sığorta haqları 0,11 milyon manat, ödənişləri isə 0,01 milyon manat təşkil edib. Şirkət 2008-ci il iyulun 31-də ölkənin Maliyyə Nazirliyindən sığorta fəaliyyəti göstərmək üçün lisenziya alıb. Şirkətin təsisçisi Azərbaycanda yeganə təkrar sığorta şirkəti olan "AzRe Təkrar Sığorta"dır. Şirkətin nizamnamə kapitalı 3,5 milyon manat təşkil edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar