Daha bir bank zərərlə üzləşib
12 Oktyabr 2010 Çərşənbə Axşamı 17:50
"Azər-Türk Bank" 9 ay ərzində 984.74 manat zərərlə ziyanla fəaliyyət göstərib.
“Azər-Türk Bank” ASC-nin bu ilin 1 oktyabr tarixinə olan aktivlərinin sayı (ehtimal olunan zərərlər üçün ehtiyat çıxılmaqla) 53, 545. 04 manat təşkil edib. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu müddət ərzində bankın kreditlərinin həcmi 29.064,34 manat olub ki, bunun da 11,732.75 manatını istehlak kreditləri təşkil edib.
Hesabat dövründə bankın öhdəlikləri 40,781.26 manat, depozitləri (bankların və digər maliyyə təşkilatlarının depozitləri çıxılmaqla) 30,903.20 manat olub. Oktyabrın 1-nə olan məlumata görə, bankda əhalinin əmanətləri 12,852.94 manat olub ki, bunlardan tələb olunanadək 4,285.73, müddətli kreditlər isə 8,567.21 manat təşkil edib.
Bu müddət ərzində bankın məcmu kapitalı 12,127.66 manat, nizamnamə kapitalı 10,990.52 manat olub. Oktyabrın 1-i müddəti üçün bankın gəlirləri 5,763.19 manat, xərcləri 4,778.45 manat olub. Bu müddət ərzində vergilər çıxıldıqdan sonra bankın xalis mənfəəti olmayıb. Əksinə bank 984.74 manat zərərlə işləyib.
Hesabat dövrü üçün “Azər-Türk Bank”ın aktiv plastik kartlarin sayı 1487, fəaliyyət göstərən bankomatların sayı 7, pos-terminalların sayı 22 ədəd olub.
Oktyabrın 1-i üçün bankın filiallarının sayı 4, işşçilərin sayı 118 nəfərdir. Bankın müştərilərin sayı isə 17 460 nəfərdir ki, onlardan 16 442 nəfəri fiziki, 1 018 hüquqi şəxslərdir.
Qeyd edək ki, “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti 1995-ci ildə Türkiyənin “T.C.Ziraat Bankası A.Ş”. və “Aqrarkredit” Səhmdar Kredit Təşkilatı (keçmiş Azərbaycan Səhmdar Kommersiya Aqrar-Sənaye Bankı) tərəfindən təsis edilib. Hazırda bankın səhmdarları “T.C.Ziraat Bankası A.Ş”. (46,00 faiz), “Aqrarkredit” Səhmdar Kredit Təşkilatı (46.00 faiz), “Ziraat Bank İnternational AG” (4,00 faiz) və “Turanbank” ASC-dir (4,00 faiz).
"Azər-Türk Bank" ASC Bakı Banklararası Valyuta Birjasının, Azərbaycan Banklar Assosiasıyasının, Bakı Fond Birjasının, "MilliKart" Prosessinq Mərkəzinin, SWIFT ödəniş sisteminin, habelə "Western Union", "XPress Money", "MİGOM" və "Bıstraya Poçta" beynəlxalq təcili pul köçürmə sistemlərinin, eyni zamanda "MasterCard İnternational" beynəlxalq kart təşkilatının üzvüdür. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: