Daha bir bank “Leader”lə əməkdaşlığını dayandırıb
15 İyun 2010 Çərşənbə Axşamı 13:20
“Bank Standard” bu sistem vasitəsilə pul köçürmə əməliyyatlarına xitam verdi.
“Bank Standard” “Leader” sistemi vasitəsilə pul köçürmə əməliyyatlarını dayandırıb. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, əməkdaşlığın dayandırılmasına səbəb bu sistemin Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisində pul köçürmələri ilə bağlı qanunsuz əməliyyatlar həyata keçirtməsidir.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən ölkə ərazisində fəaliyyət göstərən beynəlxalq pul köçürmə sistemlərinin monitorinqi zamanı Azərbaycan Respublikasının işğal altında olan ərazilərində “Leader” sistemi vasitəsilə pul köçürmələrinin həyata keçirildiyi müəyyən edilib. Belə ki, “Leader” pul köçürmə sisteminə Azərbaycan Mərkəzi Bankı tərəfindən xəbərdarlıqların edilməsinə baxmayaraq sözügedən sistem işğal altında olan ərazilərdə qanunsuz fəaliyyətini davam etdirib.

Mərkəzi Bank bunları nəzərə alaraq 2010-cu il 11 iyun tarixindən Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün banklara bu sistemlə işgüzar münasibətlərin dayandırılmasını tapşırıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar