Daha bir bank “Blizko” və “Koinstar”a qoşuldu
04 Oktyabr 2010 Bazar Ertəsi 15:50
“Bank Standard” daha iki təcili pul köçürmə sistemi üzrə xidmət göstərməyə başladı.
“Bank Standard” daha iki təcili pul köçürmə sisteminə qoşulduğunu açıqlayıb. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, oktyabr ayından etibarən “Blizko” və “Koinstar” sistemləri üzrə xidmət göstərməyə başlayan “Bank Standard”, bununla qoşulduğu beynəlxalq təcili pul köçürmə sistemilərinin ümumi sayını doqquza çatdırdı.
MDB və Baltikyanı ölkələrini əhatə edən “Blizko” sistemi üzrə pul köçürmələri ABŞ dolları, avro və rus rublunda həyata keçirilir. “Koinstar”a gəlincə, bu sistemlə təcili pul köçürmələrini ABŞ dolları və avro ilə ABŞ, İtaliya, İspaniya, Fransa, İsrail, Kipr və s. daxil olmaqla dünyanın 139 ölkəsinə həyata keçirmək mümkündür. Hər iki sistem əməliyyatların sürətli aparılması, geniş əhatə dairəsi, köçürmələrin təhlükəsizliyi, habelə əlverişli komisyon haqqı kimi üstünlüklərə malikdir.
Qeyd edək ki, “Blizko və “Koinstar” sistemləri ilə yanaşı “Bank Standard”da eləcə də “Western Union”, “Bıstraya Poçta”, “Xpress Money”, “Faster”, “Zolotaya Korona”, “Caspian Money Transfer” və “Privat Money” sistemləri üzrə təcili pul köçürmə xidmətləri göstərilir. Sadalanan sistemlər kimi “Blizko” və “Koinstar” sistemlərindən də bankın bütün xidmət nöqtələrində faydalanmaq mümkündür. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: